Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

Hazırda oxunan: Bank borca görə maaşın hamısını tuta bilərmi? – HÜQUQİ İZAH

593541

Son vaxtlar bir çox vətəndaş eyni problemlə üzləşir: maaş kartına pul köçürülür, amma bir anın içində bütün məbləğ yoxa çıxır. Yəni bank borclu müştərinin pulunu kartdan tamamən çəkir. Əvvəlcədən də məlumat verilmir, heç bir xəbərdarlıq edilmir. Vətəndaş haqlı olaraq sual verir: bank mənim xəbərim olmadan maaşımın hamısını tuta bilərmi?

Azərbaycan qanunvericiliyinə görə bankın borca görə maaşdan tutmaq hüququ olsa da, bu səlahiyyət limitlidir. Maaş vətəndaşın əsas dolanışıq mənbəyidir və qanun onu qoruyur. Kredit borcu və ya gecikmə olduqda belə, maaşın 100 faizinin tutulması yolverilməzdir.

Hüquqşünas Vüsal Seyidov Bizim.Media-ya bildirib ki, maaşdan tutulmanın öz qaydaları var:
 

MÖVZU İLƏ BAĞLI:

Banka əmanət yatıranların NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİ QƏRAR


“Adətən bu proses məhkəmə qərarı və ya icra sənədi ilə həyata keçirilir və tutulma məbləği də məhdudlaşdırılır. Məqsəd borcun qaytarılması ilə yanaşı, vətəndaşın yaşayış minimumunun qorunmasıdır.

Əksər hallarda maaşın maksimum 50 faizi tutulur. Bankın xəbərdarlıq etmədən bütün maaşı çıxarması isə artıq hüquqi cəhətdən yanlışdır”.

Hüquqşünas diqqətə çatdırdı ki, vətəndaş belə hallarla rastlaşdıqda banka yazılı şəkildə müraciət etməli, tutulmanın hansı əsasla edildiyinə izahat istəməlidir. Bankın cavabı qənaətbaxş olmadıqda, Mərkəzi Banka müraciət etməlidir. Əgər tutulma açıq-aşkar qanunsuzdursa, vətəndaş haqsızlığa susmamalı, məhkəməyə müraciət etməlidir.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin