Son zamanlar qızılın qiymətinin durmadan bahalaşması tendensiyası müşahidə olunur.
Artıq qızılın qiyməti bir unsiya üçün tarixi maksimum olan 5 625,89 dollar səviyyəsinə çatıb.
Məlumata görə, İran ətrafında gərginliyin artması qızıla tələbatı kəskin artırıb. Bundan əlavə, dolların ucuzlaşması da qızılı xarici alıcılar üçün daha cəlbedici edib.
Maraqlıdır ki, kəskin bahalaşma fonunda Azərbaycanın əksər insanlar qızıl almağı, ehtiyat vəsaitlərini məhz bu qiymətli metala yatırmağı düşünürlər.
Görəsən, mövcud vəziyyətdə qızıl almaq nə qədər uğurlu seçimdir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirib ki, qızıl ən etibarlı aktiv olduğundan, qiymətin artmasına rəğmən imkanlı insanların onu almağa üstünlük vermələri ən uğurlu seçimdir:
“Qızılın bahalaşması fonunda belə insanların onu almağa meylli olması məsələsində əsas vacib məsələ onların hansı qızılı almalarıdır. Zərgərlik məmulatının qiyməti onun tərkibindəki qızılın çəkisinin qiymətindən çoxdur. Külçə qızılı isə adi insanlar üçün deyil. Onun alınıb-satılması isə ancaq varlı insanlar məşğul olur”.
Ekspert qeyd edir ki, xeyli valyuta ehtiyatına malik insanlar kağız valyutanın getdikcə dəyər itirdiyi, əvəzində qızılın qiymətinin bahalaşdığını görüncə, ehtiyatlarını məhz qızılda saxlamağa üstünlük verir:
“Bu da gözləniləndir. Əvvəlki dövrdə də belə proseslər gedib. Amma indi həmin proses daha sürətli xarakter alıb. Bu mənada, mövcud situasiyada imkanlı insanların qızıl almağa üstünlük verməsi ən uğurlu variantdır. Çünki qızıl var-dövləti saxlamaq baxımından ən etibarlı aktivdir. Ancaq onun da tam təminatı yoxdur”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 30.01.2026
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ
593411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































