SOCAR-ın prezidenti Dünya Bankının rəsmisi ilə görüşüb - FOTO

Hazırda oxunan: SOCAR-ın prezidenti Dünya Bankının rəsmisi ilə görüşüb - FOTO

592879

SOCAR-ın prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd edilib.

Eləcə də SOCAR-ın Dünya Bankının “2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfra endirilməsi” təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.
 

Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, “SOCAR Karbamid” zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.


Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin