Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

Hazırda oxunan: Qızıla yatırım etmək istəyənlərin NƏZƏRİNƏ – DİQQƏTLƏ OXUYUN

592756

Əmtəə bazarında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiymətinin 1,65% artaraq 5 100,21 ABŞ dolları olması qızıl alıcıları arasında narahatlıq yaradıb. Hazırkı bahalaşma fonunda qızıla investiya yatırmağın riskli olduğunu deyənlər də az deyil.

Bizim.Media xəbər verir ki, mövzuya iqtisadçı-ekspert Natiq Cəfərli münasibət bildirib. O, pravda.az-ın suallarını cavablandırarkən deyib ki, qızılın kəskin şəkildə bahalaşmasının səbəbi dünyada geosiyasi gərginliyin artması ilə əlaqədardır. 

Ekspertin sözlərinə görə, tarixən yüz illikləri götürsək, qızıl son əsrlərdə həmişə təlatümlü dövrlərdə güvənli liman rolunu oynayır:

“İndi investorlar qızıla investisiya yatırırlar, çünki siyasi gərginliklər, müharibə təhlükələri hər dəfə artır. Bu da qızılın bahalaşmasına səbəb olur. Bahalaşmanın digər səbəbi böyük ölkələrin mərkəzi banklarının daha çox qızıl almağa başlamalarıdır ki, qiymətlərə təsirsiz ötüşmür. Təbii ki, bu da öz növbəsində risk faktoru yaradır”.

O xatırladıb ki, qızılın qiyməti artıq 5 min ABŞ dollarını keçib: 
 

“Halbuki proqnozlara görə, ən yaxşı halda addım-addım, yavaş-yavaş bahalaşmalı, təqribən, 2027-2028-ci ildə qızılın qiyməti bu həddə çatmalı idi. Məsələn, bir anlıq təsəvvür edək ki, Rusiya-Ukrayna müharibəsi bitir, Qəzzada və Yaxın Şərqdə müəyyən sabitlik yaranır, İran ətrafında məsələlər həllini tapır.


Bu zaman qızılda olan risk primi kəskin aşağı düşəcək. Onda qızıl müəyyən qədər ucuzlaşa bilər. Amma dediyimiz kimi bu, geosiyasi gərginliklərin inkişaf tempindən asılı olacaq. Lakin yaxın zamanlarda qızılın bir az da bahalaşması mümkündür. Orta uzun perspektivdə qızılın qiymətində ucuzlaşmanı da, çox güman ki, görəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin