Xaricdən avtomobil gətirmək istəyənlərin DİQQƏTİNƏ – Rekord ARTIM

Hazırda oxunan: Xaricdən avtomobil gətirmək istəyənlərin DİQQƏTİNƏ – Rekord ARTIM

592720

2025-ci ildə Azərbaycana 2 milyard 386 milyon 505 min dollar dəyərində 123 min 319 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub.

Bu, rekord artım hesab olunur.

Belə ki, 2024-cü ildə Azərbaycana 1 milyard 844 milyon 157 min dollar dəyərində 91 min 838 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi. Beləliklə, ötən il Azərbaycana avtomobil idxalı say ifadəsilə 34 min 481 ədəd və ya 34,3%, miqdar ifadəsilə 542 milyon 348 min dollar və ya 29,4% artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiz dərəcələri ARTIRILIR – Bu avtomobillər BAHALAŞACAQ


2024-cü ildə Azərbaycana 2 milyard 142 milyon 22 min dollar dəyərində 113 min 840 ədəd minik avtomobili idxal olunub. 2024-cü ildə 1 milyard 566 milyon 604 min dollar dəyərində 82 min 434 ədəd minik avtomobili idxal olunmuşdu.

Ötən il Azərbaycana 75 min 706 ədəd tam elektrik, hibrid (hybrid) və plagin-hibrid (plug-in hybrid) nəqliyyat vasitəsi idxal olunub (2024-cü ildə 29 min 224 ədəd).

Bəs bu tendensiya 2026-cı ildə də davam edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, 2025-ci ildə Azərbaycana 123 min 319 ədəd avtomobil idxal olunub ki, bu əvvəlki ilə nisbətən rekord artımdır (təxminən 34-35% daha çox) və həm say, həm də dəyər baxımından ən yüksək göstəricidir:

“Hibrid, tam elektrik və plug-in hybrid avtomobillərin idxalı da əhəmiyyətli şəkildə artıb və bu, bazar tələbatının dəyişməsini göstərir. Bu artımın 2026-cı ildə də davam edib-etməyəcəyi bir sıra faktorlardan asılı olacaq.

Birincisi, vergi və idxal şərtləri dəyişə bilər.

Məsələn, hibrid və elektrik avtomobillərinə vergi güzəştlərinin ləğvi qiymətlərə təsir göstərə və artımı yavaşlada bilər. İkincisi, iqtisadi vəziyyət, məzənnə, istehlakçı tələbi və alıcılıq qabiliyyəti kimi amillər idxal həcminə təsir edə bilər. Üçüncüsü, idxal edən ölkələrlə ticarət əlaqələri və logistika şərtləri dəyişə bilər.

Hesab edirik ki, avtomobil bazarında hibrid və daha ekoloji modellərin payı böyüməkdədir. Amma idxal artım tempi hər il eyni sürətdə davam etməyə bilər və bu, istehlakçı tələbi və bazar şərtlərinə uyğunlaşacaq.


Nəticə olaraq, 2026-cı ildə də idxal artımı gözlənilə bilər, amma onun həcmi və tempi 2025-dəki kimi rekord sürətdə olmaya bilər - bu, iqtisadi, vergi və bazar şərtlərindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin