Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

Hazırda oxunan: Banklardan kredit götürənlərin NƏZƏRİNƏ – VİDEO

592676

Banklarda kredit faizlərində artım müşahidə olunur.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə olunan artım Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti ilə bağlıdır. 

Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur.

X.Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir.

İqtisadçının fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin