Azərbaycanda pensiya yaşı azaldıla bilər? - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda pensiya yaşı azaldıla bilər? - AÇIQLAMA

0:00
0:00
59178

“Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil”.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib. 

Onun sözlərinə görə, aparılmış hesablamalar, araşdırmalar onu göstərir ki, ölkədə orta ömür uzunluğu 77 yaşdan çoxdur:

“Pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması gözlənilirmir”.
“Qeyd edim ki, hazırda dünya təcrübəsində pensiya yaşının hətta 65 yaşın üzərində artırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir. Bu təcrübə nəzərə alınmaqla pensiya yaş həddinin azadılması nəzərdə tutulmur”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin