Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

Hazırda oxunan: Azərbaycanda tikilən evlərin sayı AÇIQLANDI – ÖZƏL

591578

2025-ci ilin yanvar-sentyabr aylarında respublika üzrə 24478 yaşayış evi və mənzil istifadəyə verilib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA


Bildirilib ki, bu mənzillərin 17685-i fərdi yaşayış və bağ evləridir.

Qeyd edilən dövr ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin sayı isə 10274-dür. Bu mənzillərinsə 3932-si fərdi yaşayış və bağ evləridir.

Bu da o deməkdir ki, ötən ilin 9 ayı ərzində ölkədə istifadəyə verilən yaşayış evləri və mənzillərin təqribən 42 faizi, fərdi mənzil və bağ evlərinin isə 22 faizi paytaxtın payına düşür.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin