Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

Hazırda oxunan: Bu şəxslərin orta aylıq maaşı 2 min manatı ÖTDÜ – RƏSMİ

591567

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 866 manat təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 616 manat, özəl sektorda isə 2 034 manat olub.

2024-cü ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,3 %, o cümlədən dövlət sektorunda 10 %, özəl sektorda isə 13,1 % artıb.

2025-ci il dekabr ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin