“Ətin qiyməti 30 manata qalxacaq. Hələ bu qiymət deyilsə, idxalla əlaqəlidir”.
Bizim.Media “Sherg.az”a istinadən xəbər verir ki, bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.
Mütəxəssis qeyd edib ki, hazırda quzu ətinin kiloqramı 22-23 manat arasında dəyişir.
Proqnoza görə, əgər idxala məhdudiyyət qoyulsa, xaricdən idxal olunmasa, quzu, iri və ya xırda buynuzlu heyvan ətinin qiyməti 30 manata çatacaq.
Kiçik təsərrüfatlarda mal-qara saxlayanlar dabaq xəstəliyi səbəbindən ziyana düşdülər. Yerli istehsal ətə olan tələbatı qarşılamaq gücündə deyil. Heyvandarlığın inkişafı çox zəifdir. Ət ehtiyatının azalmasının bu dəqiqə idxal hesabına qarşısı alınır. Monqolustandan, digər ölkələrdən dana, qoyun əti idxal olunur. İdxalda azalma olsa, ətin qiyməti sürətlə qalxacaq.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:40 / 15.01.2026
22 manatdır, 30 ola bilər - Bu məhsul bahalaşacaq
Hazırda oxunan: 22 manatdır, 30 ola bilər - Bu məhsul bahalaşacaq
Hazırda oxunan: 22 manatdır, 30 ola bilər - Bu məhsul bahalaşacaq
590840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































