Bu yataqlardan ixrac edilən qaz 190 milyard kubmetri ötdü

Hazırda oxunan: Bu yataqlardan ixrac edilən qaz 190 milyard kubmetri ötdü

590319

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. Bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 3,09 faiz və 9 faiz çoxdur.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. 

Bu dövrdə 668,3 milyon ton neft (3,07 faiz artım), 191,2 milyard kubmetr qaz (12,8 faiz artım) ixrac edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin