Salyandan Avropaya: Azərbaycan ilbiz məhsulları ixracına başladı

Hazırda oxunan: Salyandan Avropaya: Azərbaycan ilbiz məhsulları ixracına başladı

589980

İlbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb.
 

Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.


Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub.

Məlumat üçün bildiririk ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin