Çin avtomobili almaq istəyənlər DİQQƏTLİ OLSUN!

Hazırda oxunan: Çin avtomobili almaq istəyənlər DİQQƏTLİ OLSUN!

589873

2025-ci ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34.9 % təşkil edib. Belə ki, dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından “BYD” 6-cı, “Geely” 8-ci, “Chery” isə 10-cu yerdə olub.

Bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası məlumat yayıb.

Bildiyimiz kimi, Çin avtomobillərinə artan maraq Azərbaycanda da müşahidə olunur. Bu avtomobillərin idxalı, keyfiyyəti barədə mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Keyfiyyətdən razı qalanlarla yanaşı, narazı olanlar da var.

Bəs müştərilər nə deyir? Hazırda Azərbaycanda Çin avtomobillərinin satışı ilə bağlı vəziyyət necədir?

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”-nın İdarə heyətinin sədri Əyyub Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Çin avtomobilləri həm texnoloji, həm interyer, həm də qiymət baxımından alıcıları daha çox cəlb edir:

“Son illər Azərbaycanda da Çin avtomobillərinə maraq həddindən çox artıb. Bu da avtomobil sənayesinin inkişafıyla bağlıdır. Həm interyer, həm texnoloji baxımdan Çin avtomobilləri inkişaf edib. Azərbaycanda 20-dən çox rəsmi Çin avtomobili distribyutoru var. Bu, sevindirici haldır. Bu avtomobilin ən cəlbedici xüsusiyyəti qiymətidir. Bu gün bazarda Koreya, Amerika, Avropa avtomobilləriylə müqayisədə Çin avtomobilinin qiymətində 15-20 min manat fərq var”.

Əyyub Əliyev deyir ki, fərdi şəxslər tərəfindən idxal olunan avtomobillər xoşagəlməz hallar yaradır:

“Təəsüflər olsun ki, bazarımızda çoxu paralel idxal vasitəsilə daxil olan avtomobillərdir. Onların əksəriyyəti Çinin daxili bazarı üçün nəzərdə tutulub. Yəni oranın yolları, iqlim şəraiti, benzini üçün istehsal olunub. Həmçinin son vaxtlar fərdi şəxslər tərəfindən gətirilən avtomobillərlə bağlı aldadılan vətəndaşlar olur. Müşahidələrimizə əsasən, bu narazılıqlar ən çox məhz Çin avtomobili almaq istəyənlər tərəfindən edilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin