“Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayrakdardan “TEKNOFEST\" açıqlaması 

Hazırda oxunan: “Azərbaycana hər cür dəstək verməyə hazırıq” - Səlcuq Bayrakdardan “TEKNOFEST\" açıqlaması 

58957

“Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün ölkənizə hər cür dəstək verməyə hazırıq”. 

Bizim.Media xəbər verir ki, bunu bu il Bakıda keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar bildirib. 

“TEKNOFEST”in xəyallarını reallaşdırdığını deyən S. Bayrakdar, ilk olaraq İstanbulun, daha sonra Türkiyənin sərhədlərini aşdığını bildirib: 

“Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Umutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra isə onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun”. 

Səlcuq Bayrakdar festivala dəstəyə görə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevə təşəkkür edib: 

"Unutmayın, dünən də, bu gün də, sabah da bizə tikansız gələcək təklif etməyəcək. Məhəmməd Əmin Rəsulzadə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Gəlin bayraqlarımızın daha ucalarda dalğalanması üçün dəstəyimizi əsirgəməyək. Bu festivala dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür edirik". 

Qeyd edək ki, “TEKNOFEST” Bakıda 26-29 may tarixlərində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin