"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

589404

Kriptovalyuta bazarının lideri "Bitcoin"in qiyməti 93 min dollardan aşağı enib.

Bizim.Media xəbər verir ki, Bitcoin son sutkada 1,27% ucuzlaşaraq 92 543 ABŞ dolları səviyyəsində ticarət edilib. Aparıcı kriptovalyutanın bazar kapitallaşması 1,84 trilyon dolları təşkil edib.
 

Son sutkada Ethereum da ucuzlaşıb. Aktivin qiyməti 0,55% azalaraq 3 249 dollar səviyyəsində formalaşıb. Ethereum-un bazar dəyəri 392,1 milyard dollar təşkil edib.


Stabilkoinlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Tether (USDT) son 24 saatda 0,07% azalaraq 0,999 dollar, USDC isə 0,04% azalma ilə 0,9992 dollar səviyyəsində olub.

Alt­koinlər arasında isə fərqli dinamika qeydə alınıb. XRP son sutkada 5,9% azalaraq 2,25 dollar, Dogecoin isə 2,48% ucuzlaşaraq 0,1479 dollar səviyyəsində ticarət olunub.
 

Digər əsas kriptovalyutalarda da günlük dəyişikliklər müşahidə edilib. Solana son sutkada 0,18%, BNB 0,25%, TRON isə 0,75% artım göstərib. Cardano-nun qiyməti isə 3,22% azalıb.


Analitiklər günlük dalğalanmaları əsasən qısa­müddətli mənfəət realizasiyası, ABŞ maliyyə bazarlarında gözləntilər və investorların risk mövqelərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin