Bu sığorta şirkətinə müvəqqəti inzibatçı təyin olundu

Hazırda oxunan: Bu sığorta şirkətinə müvəqqəti inzibatçı təyin olundu

589328

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.

AMB-dən Bizim.Media-ya bildirilib ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.

Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin