Ötən ay 7 aptekdə nöqsanlar AŞKARLANIB

Hazırda oxunan: Ötən ay 7 aptekdə nöqsanlar AŞKARLANIB

589090

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

"Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin