Mədəniyyətimizin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, tarixi və mədəni irsin təbliği, teatr sahəsinin inkişaf etdirilməsi tədbirlərinin maliyyələşdirilməsinə 10,9 milyon manat xərclənəcək.
Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, bu vəsaitin 1,2 milyon manatı teatrın davamlı inkişafının təmin edilməsinə, 500 min manatı teatrlarda tamaşaların hazırlanmasına, 1 milyon manatı dünyanın nüfuzlu televiziya kanallarında, informasiya portallarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı verilişlərin, reklam çarxlarının hazırlanması və yayımlanmasına, 8,2 milyon manatı isə Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirlərinə yönəldiləcək.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclər 632,1 milyon manat təşkil edəcək.
Günay Şahmar, Bizim.Media































































































