Türkmənistanda adambaşına məhsul istehsalı və bütövlükdə türkmənlərin həyat səviyyəsiylə bağlı bu ölkənin mətbuatında yayılan informasiyanı oxucularına təqdim edən Moderator.az müqayisə aparmaq üçün eks- spiker Rəsul Quliyevə müraciət edib və ondan aşağıdakı cavabı alıb:
Türkmənistanla bağlı yazı burada---moderator.az/?xeber=58838
"Birincisi, Türkmənistanda adambaşına məhsul istehsalı 19 min dollar deyil, 12 min dollara yaxındır. Azərbaycanda bu göstərici 14 min dollar ətrafındadır. Hər iki ölkədə adambaşına məhsul istehsalı süni yolla yaranır, yəni neft və qazın hesabınadır. Neft- qaz eksportu nəzərə alınanda, məsələn, Qatarda adambaşına məhsul istehsalı 145 min, Norveçdə isə 80 min dollar səviyyəsindədir. Neft faktoru olmayan Almaniyada isə 34 min dollar səviyyəsindədir.Yəni adambaşına '145' min dollarlıq məhsul istehsal edən Qatarda həyat səviyyəsi Almaniyadan 5 dəfə yüksək olmağın əvəzinə 30 faiz aşağıdır. Azərbaycanla müqayisədə Türkmənistan daha qapalı ölkədir, orada daxildə istifadə edilən məhsulun miqdarını hesablamaq çətindir. Ona görə bəlkə də 19 min də, az da ola bilər.
Türkmənistanın total karbohidrogen eksportu Azərbaycandan artıqdır. Ona görə də investisiya yatırımı 8-10 faiz ola bilər. Ondan artıq da ola bilər. Tam totalitr rejimli Türkmənistanla, avtoritar rejimli Azərbaycanın dövlət siyasətləri fərqlidir. Azərbaycanda qismən maaşların artırılması, Türkmənistanda isə sosial güzəştləri artırmaq istiqamətində siyasət aparırlar. Ona görə həyat səviyyəsinin hansı ölkədə yaxşı olduğunu da müəyyənləşdirmək çətindir. Çünki Türkmənistanda hələ bir çox gündəlik işlənən məhsulların qiyməti dövlət tərəfindən nizamlanır. Həyat səviyyəsini müəyyənləşdirən əsas faktlardan biri aldığın maaşla ala biləcəyin malların miqdarının nə qədər olmasıdır."































































































