Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

Hazırda oxunan: Ağdamda xəstəxananın tikintisinə 9,5 milyon manat AYRILDI

588269

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) 210 çarpayılıq binasının tikintisinin davamı üzrə 3-cü mərhələ işlərinin icrasına dair satınalma həyata keçirib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, tenderin qalibi "Uni Ko" QSC olub. Layihənin məbləği 9 milyon 458 min 301.2 manat təşkil edir.
 

İşlər çərçivəsində Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aid çoxmərtəbəli binalarda müxtəlif tikinti əməliyyatlarının aparılması nəzərdə tutulur. Bunlara 25 metrədək hündürlüyə malik binalarda sütunların, tirlərin, mərtəbəarası rigellərin və örtüklərin quraşdırılması daxildir.


Eyni zamanda, metal yanğın pilləkənlərinin montajı, metal səthlərin astarlanması və rənglənməsi, həmçinin tutacaqsız metal məhəccərlərin qurulması işləri də layihə üzrə icra olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin