2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Hazırda oxunan: 2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

588027

Azərbaycan Mərkəzi Bankının (AMB) proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda pul siyasətinin hədəfi illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.

Məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu il də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

AMB bəyan edib ki, inflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.
 

AMB 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağını gözləyir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir.


Elə isə 2026-cı ildə manatı nə gözləyir?

Suala cavab verən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya deyib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:

“Ona görə də bunu iqtisadi kateqoriyada müəyyənləşdirmək, proqnozlaşdırmaq çox çətindir. Manatın məzənnəsi sabah da dəyişə bilər, 2 ildən sonra da... Bu da iqtisadi kateqoriya deyil, inzibati məzənnə rejimidir. Bununla belə manatın məzənnəsinə dolayısı ilə təsir edən neftin qiymətidir. Hələlik Azərbaycanın “Azeri Light" (CIF) markalı markalı neftinin bir barrelinin qiyməti 62-63 dollar civarındadır. Bu da o qədər də təhlükəli zona deyil. Bu da o deməkdir ki, 2026-cı ildə manatın məzənnəsi dövlətin qərarından asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin