İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqləndi

Hazırda oxunan: İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi təsdiqləndi

587992

"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.


Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin