Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmayacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ödənilir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:39 / 29.12.2025
Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək
Hazırda oxunan: Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək
Hazırda oxunan: Büdcədən bu şəxslərə daha 90 manat tibbi sığorta haqqı ödənilməyəcək
587989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































