“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Hazırda oxunan: “Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

587541

Azərbaycanın aparıcı internet provayderlərindən olan “Azeronline” ölkə üzrə genişzolaqlı internet sürətinin yüksəldilməsi və yüksəkkeyfiyyətli bağlantının təmin edilməsi istiqamətində həyata keçirdiyi texnoloji yeniliklər nəticəsində sabit internet xidməti üzrə ölkə lideri olub. Şirkətin şəbəkəsinin modernizasiyası, fiber-optik infrastrukturunun genişləndirilməsi və müasir avadanlıqların tətbiqi real internet sürətinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb.

Bizim.Media xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi açıqlamasına əsasən, “Ookla Speedtest İntelligence” platformasının 2025-ci ilin noyabr ayına olan hesabatında “Azeronline”  sabit internet provayderləri arasında ölkədə ən yüksək göstərici ilə 1-ci yerdə qərarlaşıb.

Faktiki ölçmələr “Azeronline” platformalarında təqdim olunan real sürətin stabil və davamlı olduğunu göstərir.

Bununla bərabər, gecikmə və yüklənmə göstəriciləri videoyayım, onlayn təhsil, “bulud” həlləri və digər yüksəktrafikli rəqəmsal xidmət və proseslər üçün optimal səviyyədə olduğunu təsdiqləyir.

“Ookla”nın “Speedtest Global Index” hesabatına əsasən, 2025-ci ilin noyabrında Azərbaycan ölkələr üzrə orta sürət reytinqində 86,15 Mb/s nəticə ilə 85-ci yerdə qərarlaşıb. Bu göstəricinin formalaşmasında “Azeronline”nın payı xüsusi vurğulanır. Belə ki, “Azeronline”ın təqdim etdiyi 100, 150 və 250 Mbit/s tarifləri üzrə aparılan faktiki ölçmələr abunəçilərin əldə etdikləri orta yükləmə sürətinin 168,74 Mbit/s təşkil etdiyini göstərir

Qeyd edək ki, “Azeronline” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsində aktiv iştirakı ilə bölgələrdə genişzolaqlı internetə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib.

Layihə çərçivəsində şəbəkənin yenilənməsi nəticəsində şirkətin abunəçi bazası 11 dəfədən çox artıb.

“Azeronline” şəbəkənin dayanıqlığının artırılması, sürət göstəricilərinin daha da yüksəldilməsi və yeni nəsil texnologiyaların tətbiqinə yönəlik investisiyaları vasitəsilə Azərbaycanın rəqəmsal ekosisteminin gücləndirilməsi və rəqəmsal inkişafın sürətləndirilməsinə  töhfə verməyə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin