İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

Hazırda oxunan: İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

587413

"İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
 

Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292 manatdan 1 642 956 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000 manatdan 3 000 000 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2 500 000 manatdan 1 000 000 manata endirilib.


TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri xərcləri 430 000 000 manatdan 495 000 000 manata qaldırılıb, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 000 000 manatdan 20 000 000 manata endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin