2026-cı ildə bu məhsullar BAHALAŞACAQ

Hazırda oxunan: 2026-cı ildə bu məhsullar BAHALAŞACAQ

587170

“2026-cı ildə ölkədə həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında qiymət artımları gözlənilir”.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

O bildirib ki, idxaldan asılı kateqoriyalarda qiymət artımı daha çox ola bilər:

“Rəsmi proqnozlarda illik inflyasiyanın təqribən 4.8–5.3% civarında olacağı gözlənilir. Bu artımın bir hissəsi qeyri-ərzaq məhsulları üzrə də hiss olunacaq.
 

Hesab edirəm ki, idxaldan asılı kateqoriyalarda qiymət artımı daha çox ola bilər, çünki dünya bazarında daşınma xərcləri və xammal qiymətləri oynaq ola bilər. Belə məhsullar sırasına geyim və tekstil, məişət texnikası və elektronika, eləcə də bəzi tikinti materialları daxildir.


Bu növlərdə həm istehsal, həm də logistika xərclərinin artması yerli qiymətlərə təzyiq göstərə bilər”.

Onun sözlərinə görə, enerji daşıyıcıları və yanacaq xidmətləri də gələcəkdə tarif dəyişikliklərinə bağlı olaraq bahalaşa bilər ki, bu da qeyri-ərzaq xərclərinə təsir göstərəcək:

“Qısa desək, 2026-cı ildə geyim, elektronika, məişət texnikası, bəzi tikinti materialları və enerji/yanacaq kimi qeyri-ərzaq kateqoriyalarında da qiymət artımı riski var. Bunlar isə ümumi inflyasiya və idxal xərclərindən asılı olaraq dəyişə bilər”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin