Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı

Hazırda oxunan: Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı

587152

Ermənistanda fəaliyyət göstərən Ran Oil şirkəti dekabrın 23-dən etibarən Azərbaycandan idxal olunan benzinin satışına başlayıb.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan açıqlama yayıb.
 

Məlumata əsasən, yanacaq hazırda litr üçün 430 dram qiymətinə satılır ki, bu da əvvəl elan edilən 440 dramdan aşağıdır.


Ayriyan bildirib ki, qiymət aparılan hesablamalardan sonra yenidən nəzərdən keçirilib, satışın gecikməsi isə təşkilati məsələlərlə bağlı olub.

Qeyd olunur ki, şirkət ümumilikdə Azərbaycandan 11 vaqon benzin alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin