Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

586363

Xəbər verdiyimiz kimi, qızılın qiyməti növbəti rekorda imza ataraq, tarixi maksimum səviyyəyə yüksəlib.

Belə ki, dekabrın 18-də keçirilən ticarətdə qiymətli metalın fevral fyuçersləri  0.79 faiz artaraq, unsiya üçün 4 398 dollardan 4 408.6 dollara yüksəlib.

Prosesin gedişi qızılın qiymətinin hələ bahalaşmaqda davam edəcəyini göstərir.

Görəsən, qiymətli metalın qiyməti hansı həddə qədər yüksələ bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin fikrincə, qızılın qiyməti yaxın dövr üçün 4500 dollar olacaq:
 

“Qızılın tarixi maksimuma çatması bazarda ona olan güclü tələbatla bağlıdır və qiymətin hələlik bir qədər də arta biləcəyini düşünürəm. Əsas səbəblər qlobal qeyri-müəyyənlik, geosiyasi risklər, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və faiz dərəcələri ilə bağlı gözləntilərdir. Bu amillər davam edərsə, qızılın unsiya qiyməti yaxın dövrdə 4 500 dollar səviyyəsini test edə bilər, hətta bəzi proqnozlara görə daha yuxarı qalxması da mümkündür.


Bununla yanaşı, rekord qiymətlərdən sonra bazarda qısamüddətli ucuzlaşmalar və dalğalanmalar da normal sayılır. Yəni qızıl ümumilikdə baha olaraq qalacaq, amma qiymət artımı fasiləsiz və sürətli olmaya bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin