Pensiyaçıların DİQQƏTİNƏ: Nazirlik açıqlama yaydı

Hazırda oxunan: Pensiyaçıların DİQQƏTİNƏ: Nazirlik açıqlama yaydı

586362

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (567 mln. manat) çox olmaqla 6 mlrd. 515 mln. manat vəsait yönəldilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
 

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.


Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 540 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 576 manata çatıb.

Yanvar-noyabr aylarında 38 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 176 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin