Azərbaycandan Hindistana ixrac olunan neftin HƏCMİ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycandan Hindistana ixrac olunan neftin HƏCMİ AÇIQLANDI

586019

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Hindistana 126,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 250,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603,7 milyon ABŞ dolları və ya 82,7 faiz, həcm ifadəsində isə 918,9 min ton və ya 4,7 dəfə azalıb.

Ötən ilin 11 ayı ərzində Azərbaycandan Hindistana 1,169 milyon ton həcmində neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 729,8 milyon ABŞ dolları təşkil edirdi.
 

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.


Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin