\"Brent\" neftinin qiyməti 91 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

Hazırda oxunan: \"Brent\" neftinin qiyməti 91 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

58558

Brent markalı neftin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə olaraq bir barel üçün 91 dolları ötüb.

Bizim.Media xəbər verir ki, bu Londonun ICE birjasının göstəricilərində əks olunub.

Belə ki, bu markalı xam neftin 2022-ci ilin aprel ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti 1,82% artaraq 91,1 dollar/barel təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin mart fyuçersləri 2,01% artaraq bir barel üçün 90,03 dollar təşkil edib.

WTI qiyməti bir barel üçün 90 dollar göstəricisini sonuncu dəfə 2014-cü il oktyabrın 7-də ötüb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin