Bu şəxslərə əmlak vergisində güzəşt edilir – SİYAHI

Hazırda oxunan: Bu şəxslərə əmlak vergisində güzəşt edilir – SİYAHI

585195

Son zamanlar bələdiyyələr tərəfindən mənzillərə əmlak vergisinin ödənilməsi üçün xəbərdarlıqlar paylanılır. Nəzərə alaq ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı olan bütün daşınmaz əmlaklar üçün illik vergi hesablanır. Adətən bunlara torpaq və əmlak vergiləri daxil edilir. Bu vergilər bələdiyyələrə ödənilir.

Bəs bu vergilərin ödənilməməsi üçün hansı istisnalar var?

Suala aydınlıq gətirən hüquqşünas Fuad Rüstəmli Bizim.Media-ya açıqlamasında bildirib ki, çıxarışı olan mənzil sahəsi üçün bələdiyyələrə hər il əmlak vergisi ödənilməlidir:

“Lakin qanunvericilikdə müəyyən istisnalar var. Məsələn Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin yaşayış sahələri vergitutma obyekti olduğu halda, yalnız 30 kvadrat metrdən artıq olan hissədən vergi tutulur. Yəni şəxsin mənzilinin 30 kvadrat metrdən az hissəsi əmlak vergisindən azaddı.
 

Bundan əlavə, pensiyaçılara, müddətli həqiqi hərbi xidmət qulluqçuları və onların ailə üzvlərinə, müharibə əlillərinə, şəhid ailələrinə, əmlak vergisi üzrə 30 manatlıq güzəşt olunur. Eyni zamanda, sənətkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binaları da əmlak vergisindən azaddır. Bu da o deməkdir ki, yaşayış binalarında yaşayan vətəndaşlardan əmlak vergisi bələdiyyələr tərəfindən tələb oluna bilər.


Lakin bələdiyyələr tərəfindən tələb edilən ödənişin qanuni və hüquqi əsası olmalıdır, düzgün hesablanmalı, həmçinin vətəndaşa vergi ilə bağlı əvvəlcədən bildiriş göndərilməlidir. Vətəndaşların həmin ödənişin məbləğini və qanuniliyini sorğulamaq və lazım gəldikdə buna etirazını bildirmək hüququ var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin