Britaniya ilə investisiya və ticarət üzrə işbirliyinin möhkəmləndirilməsi müzakirə olundu

Hazırda oxunan: Britaniya ilə investisiya və ticarət üzrə işbirliyinin möhkəmləndirilməsi müzakirə olundu

584916

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb.

Qeyd olunub ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün böyük potensial var.
 

Ticarət elçisinə Azərbaycanın Mərkəzi Asiya regionu ilə səmərəli əməkdaşlığına dair məlumat verilib və birgə təşəbbüslərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Tərəflər iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən, Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə səmərəli əməkdaşlıq, enerji keçidi, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarında investisiya imkanları, biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətin təşviqi barədə müzakirə aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin