"Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında dördüncü yerdən doqquzuncu yerə enib.
Bizim.Media "The Economist"ə istinadən xəbər verir ki, Azərbaycanda "Big Mac"ın qiyməti 4,5 manat və ya 2,65 dollar, ABŞ-da isə 5,81 dollar təşkil edir.
Bu göstəricilərə görə, məzənnə 0,77 manat olmalıdır, lakin faktiki (1,7 manat) və təklif olunan məzənnə arasında 54,4%-lik fərq mövcuddur. Yəni "Big Mac" indeksinə görə, manat dollara qarşı lazımi səviyyədən 54,4% daha az qiymətləndirilir. Jurnalın iyul buraxılışında bu göstərici 58,9%-ə bərabər idi.
Qeyd edək ki, ÜDM nəzərə alınaraq tənzimlənmiş siyahıda bu göstərici 22,2%-ə bərabərdir və manat lazımi səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısında on dördücüdür.
Ən yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar siyahısının ilk üçlüyündə Rusiya rublu (70%), Türkiyə lirəsi (67,9%) və İndoneziya rupisi (59,3%) yer alıb. Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (20,2%) və Norveç kronu (10%) olub.
Qeyd edək ki, "Big Mac" indeksində, istehlak səbəti yerinə "McDonald's" tərəfində istehsal olunan "Big Mac" burgeri nəzərə alınır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:39 / 03.02.2022
Manat ən az qiymətləndirilən valyutalar siyahısında ilk 10-luqda
Hazırda oxunan: Manat ən az qiymətləndirilən valyutalar siyahısında ilk 10-luqda
Hazırda oxunan: Manat ən az qiymətləndirilən valyutalar siyahısında ilk 10-luqda
58443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.