Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarı nə vaxt açıqlanacaq?

Hazırda oxunan: Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarı nə vaxt açıqlanacaq?

584370

Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını dekabrın 10-da ictimaiyyətə təqdim edəcək.

Bizim.Media xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti faktiki inflyasiyanın trayektoriyası, həmçinin xarici və daxili risk amillərinin inkişaf dinamikası nəzərə almaqla bu barədə qərar verəcək.

Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8%-dir.

Qeyd edək ki, cari ilin iyulun 23-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Oktyabrın 22-də isə faiz dəhlizləri ilə bağlı qərar dəyişməz saxlanılmışdı. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin