Bu gün Bakıda keçirilmiş Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Bizim.Media xəbər verir ki, sənədlərdən biri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Daxili İşlər Nazirliyi arasında Su Ehtiyatlarının İdarə Edilməsi sahəsində Anlaşma Memorandumu"dur.
Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıb.
Digər sənəd isə "Azərbaycan və Macarıstan arasında heyvanların sağlamlığı haqqında Əməkdaşlıq Memorandumu"dur. Memorandumu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və P.Siyarto imzalayıb.
Bundan başqa, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və P.Siyarto "Macar dilinin və mədəniyyətin tədrisi ilə bağlı saziş"ə imza atıblar.
İclasın yekununda isə Protokol imzalayıb. Onu Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev və P.Siyarto imzalayıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:13 / 03.02.2022
Azərbaycanla Macarıstan arasında bu sənədlər imzalandı - SİYAHI
Hazırda oxunan: Azərbaycanla Macarıstan arasında bu sənədlər imzalandı - SİYAHI
Hazırda oxunan: Azərbaycanla Macarıstan arasında bu sənədlər imzalandı - SİYAHI
0:00
0:00
58436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.