Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası işə başlayıb.
Bizim.Media xəbər verir ki, iclasdan əvvəl Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfdən həmsədri, bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş keçirilib.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə və Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda isə S.Babayev Azərbaycanla Macarıstan arasında münasibətlərin getdikcə inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının qəbul etdiyi "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rol oynadığını vurğulayıb.
P.Siyarto ölkəsinin Azərbaycanla dostluq münasibətlərindən, strateji tərəfdaşlığından bəhs edib, ikitərəfli əlaqələrin daim genişləndiyini bildirib.
Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 03.02.2022
Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir - 8-ci görüş
Hazırda oxunan: Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir - 8-ci görüş
Hazırda oxunan: Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir - 8-ci görüş
58417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.