Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ötən il Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı 80 ton “Qrom”, 100 ton“Tanya" və 160 ton"Alekseiç" sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal edib.
Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, hazırda Fondun aqronom və mütəxəssisləri toxumların əkildiyi sahələrə baxış keçirir, fermer və təssərüfat sahibləri ilə söhbətlər aparır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyyələr verir.
P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış həmin toxumlar pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99% cücərmə qabiliyyətinə malikdir və Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:06 / 02.02.2022
Dövlət Toxum Fondu 340 ton elit buğda toxumu aldı
Hazırda oxunan: Dövlət Toxum Fondu 340 ton elit buğda toxumu aldı
Hazırda oxunan: Dövlət Toxum Fondu 340 ton elit buğda toxumu aldı
58290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.