Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb - RƏSMİ

58276

2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68 faiz artıb.

Bizim.Media xəbər verir ki, bunu "Azexport" internet portalının rəhbəri Ayxan Qədəşov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstəricinin artmasına pandemiya yol açıb, belə ki, bu dövrdə bütün biznes onlayn mühitə keçib.

"2021-ci ildə Azərbaycanda 7 milyard dollardan çox onlayn alqı-satqı reallaşdırılıb. Bu, 2020-ci illə müqayisədə 3,32 milyard dollar və ya 68 faiz çoxdur", - deyə o bildirib.

A.Qədəşov qeyd edib ki, ölkədə həmçinin bank kartlarının sayı artıb.

"2021-ci il dekabrın sonunda Azərbaycanda bank kartlarının sayı 11,04 milyon ədəd təşkil edib. Bu da öz növbəsində ölkəmizdə elektron kommersiyanın artımına xidmət edir", - o, deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin