Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

Hazırda oxunan: Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA

582512

2025-cü ilin yanvar-oktyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olub.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb.
 

Azərbaycan Respublikası vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.


Qeyd edilib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin