Pensiya və müavinət alanların NƏZƏRİNƏ – 17,1 milyard vəsait bu sahələrə AYRILACAQ

Hazırda oxunan: Pensiya və müavinət alanların NƏZƏRİNƏ – 17,1 milyard vəsait bu sahələrə AYRILACAQ

582141

Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir və “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Büdcə zərfinin müzakirəsində büdcənin sosial yönümlü olması vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentdə büdcə ilə bağlı keçirilən müzakirələrdə bildirib ki, gələn il sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə, yəni 7,8 milyard manatdan 17.1 milyard manata artımı deməkdir.
 

Həmçinin, nazirin sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur.


Bəziləri sosial müdafiə xərclərinə əməkhaqqı xərclərinin daxil edilməsini isə doğru hesab etmirlər.

Bəs sosial büdcə necə formalaşmalıdır? Bura hansı xərclər daxil ediməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan deputat Vüqar Bayramov deyib ki, sosial xərclər həm dövlət büdcəsi, həm də icmal büdcənin sosial xərclərini nəzərdə tutur:

“Dövlət büdcəsində sosial təminat və sosial müdafiə xərcləri var. Onlar birbaşa sosial təminata yönəldilən vəsaitlərdir. Növbəti ildə bu vəsaitlərin həcmində artımlar olacaq, təxminən 4,9 milyard manat bu istiqamətə yönəldiləcək. İcmal büdcədə sosial istiqamətlərə yönəldilən həm də Dövlət Soial Müdafiə Fondu, digər  büdcədən kənar banklar vasitəsilə həyata keçirilir. 

DSMF vasitəsilə 8 milyard manatdan artıq vəsait birbaşa sosial istiqamətə yönəldilir ki, onların əhəmiyyətli hissəsi, təxminən 94 faizi pensiyaçılara ödənişlərdir. Növbəti il pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub. İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar 9,2 faiz indeksləşdirilərək artırılacaq. Bu da DSMF vasitəsilə həyata keçirilən və ödənilən vəsaitlərdir”.

Deputatın sözlərinə görə, digər fondlar, məsələn İşsizlikdən Sığorta Fondu sosial proqramların dəstəklənməsini həyata keçirir.

“Özünəməşğulluq proqramı vasitəsilə bu istiqamətdə vəsaitin ayrılması həyata keçirilir. Bu kontekstdə bütövlükdə sosial istiqamətə həm dövlət büdcəsindən, daha çox icmal büdcədən vəsaitin ayrılması nəzərəd tutulur ki, bütövlükdə 2026-cı ildə büdcə xərclərinin 41 faizindən çoxu, yəni 17,1 milyard vəsait sosial istiqamətə yönəldiləcək”, - deyə o vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin