Çin ABŞ iqtisadiyyatı üçün ən böyük təhlükədir - Federal Təhqiqatlar Bürosu

Hazırda oxunan: Çin ABŞ iqtisadiyyatı üçün ən böyük təhlükədir - Federal Təhqiqatlar Bürosu

0:00
0:00
58179

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey bildirib ki, Çin ABŞ iqtisadiyyatı, innovasiyaları və ideyaları üçün ən böyük təhlükədir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“Çin hökuməti iki mindən çox cəhd edərək bizim informasiya və ya texnologiyamızı oğurlamaq istəyib. Araşdırmalarımız nəticəsində bəlli olub ki, heç bir ölkə bizim ideyalarımız, innovasiyalarımız və iqtisadi təhlükəsizliyimiz üçün Çindən daha böyük təhlükə yaratmır. ” deyə o bildirib.

FTB direktorunun sözlərinə görə, o, 2017-ci ildə FTB-yə rəhbər gəldikdən sonra bu təhlükə haqqında çox danışıb. 
"Lakin mən bu gün diqqət yetirmək istərdim ki, cəhdlər yeni səviyyəyə çatıb, həmişəkindən daha açıq və daha dağıdıcı olub". Rey vurğulayıb.

O, qeyd edib ki, Çin tərəfindən həyata keçirildiyi iddia edilən “iqtisadi casusluğ”un mənfi təsirləri ABŞ-da “bütün sənayelər spektri”ndə hiss olunur və şirkətlərin iflasına gətirib çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin