Sahibkarların NƏZƏRİNƏ – Vergi güzəştləri ilə bağlı YENİ TƏKLİF

Hazırda oxunan: Sahibkarların NƏZƏRİNƏ – Vergi güzəştləri ilə bağlı YENİ TƏKLİF

581383

“ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzsiz rol oynaya bilər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclsiin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixracda öz müsbət nəticələrini verməyə başlayıb.
 

Deputat həmçinin qeyd edib ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər.


“Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər”, - deyə o vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin