Ukraynadakı vəziyyətlə bağlı qızılın qiyməti bahalaşdı

Hazırda oxunan: Ukraynadakı vəziyyətlə bağlı qızılın qiyməti bahalaşdı

58104

Ticarət məlumatlarına görə, qızılın qiyməti beynəlxalq arenada gərginlik səbəbindən yüksəlir və bir unsiya üçün 1800 dollar həddini növbəti dəfə qırır/

Bizim.Media “Praym” nəşrinə istinadən xəbər verir ki, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 2,1 dollar və ya 0,12% artaraq 1 troy unsiyası üçün 1801,4 dollar təşkil edir.

Gümüşün mart fyuçersləri 0,66% bahalaşaraq bir unsiya üçün 22,54 dollar olub. Ənənəvi olaraq qızıl çətin və şübhəli vəziyyətlər yarandıqda investorların əldə etməyə üstünlük verdiyi resurs kimi “çıxış edir”. 

Rusiya nəşri qeyd edir ki, son vaxtlar bu cür aktivlərə tələbat Ukrayna və Rusiya ətrafındakı narahatlıqlara görə artıb.

İnvestorların diqqət mərkəzində cümə axşamı Avropa və Böyük Britaniya mərkəzi banklarının görüşləri də olacaq. Uçot dərəcələrinin artması halında milli valyutaya tələbat artacaq, qiymətli metala tələbat isə azalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin