Dövlət büdcəsindən bu il 280 milyon manat geri qaytarılıb

Hazırda oxunan: Dövlət büdcəsindən bu il 280 milyon manat geri qaytarılıb

580970

2025-ci ilin yanvar–oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.


Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin