Naxçıvanda 10 illik VERGİ GÜZƏŞTİ – Muxtar Respublika üçün nə VƏD EDİR?

Hazırda oxunan: Naxçıvanda 10 illik VERGİ GÜZƏŞTİ – Muxtar Respublika üçün nə VƏD EDİR?

580579

2026-cı ildən etibarən Naxçıvan ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər 10 il müddətinə gəlir, əmlak, torpaq və gömrük rüsumlarından azad ediləcəklər. Yeni qərarın bölgənin iqtisadi inkişafına və biznes mühitinin canlanmasına ciddi təkan verəcəyi gözlənilir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu addım həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Minimum əməkhaqqı gəlir vergisindən azad olunsun - TƏKLİF


“Bəlli məsələdir ki, vergidən azad olunmaq prinsipi dövlətin humanistlik siyasətinə sadiqliyini göstərir. Bu qərar Naxçıvanda iqtisadiyyatın müxtəlif sahələrində irəliləyişə xidmət edəcək. Çünki hazırkı şəraitdə belə bir güzəşt biznes mühitinin formalaşması və sahibkarlığın inkişaf strategiyasına müsbət təsir göstərəcək”, - deyə deputat vurğulayıb.

Azər Allahverənovun sözlərinə görə, vergi azadolmaları bölgəyə maliyyə axını və yeni sahibkarların gəlməsi üçün real stimul yarada bilər:
 

“Naxçıvana Azərbaycanın digər bölgələrindən insanların köçü, əsasən, öz bizneslərini orada qurmaq istəklərindən asılı olacaq. Bu da nəticə etibarilə regiona yeni maliyyə axını gətirəcək. Naxçıvanda bu imkanlar var və qarşıdakı illərdə bu prosesin getdikcə sürətlənəcəyini düşünürəm”, - deyə Azər Allahverənov bildirib.


Ekspertlər hesab edirlər ki, 10 illik vergi güzəştləri Naxçıvanda sahibkarlıq mühitini canlandırmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsinin artmasına, yeni investisiyaların cəlbinə və regionun ümumi iqtisadi çəkisinin güclənməsinə səbəb olacaq.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin