Dünyada cərəyan edən gərgin siyasi və iqtisadi proseslər fonunda son zamanlar qızlın qiyməti sürətlə yüksəlir. Artıq bir unsiya qızılın qiyməti 4200 dollara çatıb.
Gələn ilin sonuna doğru isə bu rəqəmin 5200-5300 dollaradək yüksələcəyi proqnozlaşdırılır. J.P. Morgan Private Bank-ın makrostrategiya departamentinin rəhbəri Aleks Volf mətbuata açıqlamasında bildirib ki, 2026-cı ilin sonuna qədər qızılın qiyməti 5200–5300 dollara çata bilər. Bu isə cari qiymətlərlə müqayisədə 25 faizdən çox artım deməkdir.
Departament rəhbəri hesab edir ki, artımın əsas hərəkətverici qüvvəsi inkişaf etməkdə olan ölkələrdəki mərkəzi banklar tərəfindən alışlar olacaq.
Volf qeyd edib ki, qızıl əsasən də inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının ehtiyatlarında nisbətən kiçik bir paya malik olduğundan bu banklar qiymətli metalı almağa davam edəcəklər.
Hətta hesablamalara görə, 2025-ci ilin sonuna qədər qlobal mərkəzi banklar ehtiyatlarına 750-900 ton qiymətli metal əlavə edəcəklər.
Görəsən qızılın qiyməti hansı hədə qədər bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov bildirir ki, qızılın qiymətinin gələn ildə də bahalaşacağı birmənalıdır. Ekspertin fikrincə, bahalaşmanın hansı həddə qədər olacağı isə iqtisadi, geosiyasi amillərin gedişindən asılı olacaq:
“Qızılın qiymətinin gələn il üçün hansı həddə qədər bahalaşacağını konkret rəqəmlərlə söyləmək mümkün deyil. Çünki bu məsələ, yalnız iqtisadi yox, həm də siyasi, geosiyasi amillərdən asılıdır. Amma bir şey bəllidir ki, qızılın qiyməti daim artacaq. Bu gələn il üçün də belə olacaq”.
Həbsöhbətimizin fikrincə, qızılın qiymətində bahalaşma indiki halda pulun ucuzlaşması ilə bağlıdır:
“Hər bir ölkə dövriyyəyə daha çox pul buraxır. Daha çox pulun buraxılması ilə isə onun qiyməti düşür. Nəticədə qızılın qiyməti daha da artır. Həmin səbəbdən qızılın qiymətində bahalaşma mütəmadi xarakter alacaq”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:00 / 15.11.2025
Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
Hazırda oxunan: Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
Hazırda oxunan: Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!
580404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































