Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

Hazırda oxunan: Gələn il dövlət büdcəsindən 8 milyard manat əməkhaqqına yönəldiləcək

580230

Gələn il büdcə xərclərində əməkhaqqı ilə bağlı ödənişlərin həcmi 8 milyard 251.6 milyon manat proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisə təqdim olunmuş "2026-cı ilin büdcə zərfi"ndə əksini tapıb.

Bu, 2025-ci ilin gözlənilən göstəricisindən 661.6 milyon manat və ya 8.7% çoxdur.
 

Qeyd edək ki, 2024-cü ildə bu istiqamətdə xərclər 6 milyard 727.6 milyon manat təşkil edib. 2025-ci ilin sonuna isə 7 milyard 590 milyon manat gözlənilir. Eyni zamanda, işsizlikdən sığorta ilə bağlı 2026-cı il üçün 24.9 milyon manat vəsait nəzərdə tutulub.


Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə isə cari ildə 27.6 milyon manat, 2026-cı ildə isə 25.9 milyon manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari ilin gözlənilən göstəricisindən 1.7 milyon manat və ya 6.6% azdır, amma dövlət büdcəsinin ümumi göstəricisindən 1.0 milyon manat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin