Nazir müavinindən əməkhaqqından vergi tutulması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazir müavinindən əməkhaqqından vergi tutulması ilə bağlı AÇIQLAMA

579393

“2 500 manatadək əməkhaqqı alan insanlara əvvəl 14 % vergi tətbiq olunmalı idi, gələn ildən isə bu 3% olaraq müəyyən edilib. Mənə elə gəlir ki, Azərbaycanda 2 500 manatadək əməkhaqqı alan insanların sayı kifayət qədər çoxdur və 3% o qədər də böyük məbləğ deyil”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Vergi güzəştləri müəyyən olunanda bu, adətən müddətli olur. Gəlir vergisindən güzəştin bu növü üzrə də müddət 7 il olaraq müəyyən edilmişdi və həmin müddət artıq başa çatdı”- deyə nazir müavini qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin