“Vergi yığımlarının həmin rayonların ehtiyacı üçün sərf edilməsi mexanizmindən istifadə olunur. Hər il ərzində müvafiq rayon üzrə proqnoz edilmiş vergilərdən artıq yığılan vəsaitin 50 faizi onların ehtiyacları, xərcləri bölməsinə daxil olunur. Bundan həm sosial müdafiə, həm də rayon ərazisində həssas kəsimdən olanlara dəstək üçün istifadə edilir. Gələn il üçün proqnoz 100 milyon manat məbləğindədir. Bizim rayonlarımız bundan aktiv istifadə edirlər və gələn il də edəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
“Bələdiyyələrə dotasiyalar, subsidiyalar, subvensiyalar ayrılır. Dotasiyaların istifadəsi cari il üzrə normal səviyyədədir.
Subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır, yəni 9 ayın istifadəsinə görə 50 faizdir. Ona görə də növbəti il üzrə bu vəsaitlərin artırılması planlaşdırılmayıb”, - deyə nazir qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
13:33 / 07.11.2025
Bələdiyyələrə ayrılan vəsaitlər ARTIRILMAYACAQ – RƏSMİ
Hazırda oxunan: Bələdiyyələrə ayrılan vəsaitlər ARTIRILMAYACAQ – RƏSMİ
Hazırda oxunan: Bələdiyyələrə ayrılan vəsaitlər ARTIRILMAYACAQ – RƏSMİ
579388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































